Ərdoğan Putinlə Qarabağ məsələsini müzakirə edib

Ərdoğan Putinlə Qarabağ məsələsini müzakirə edib
SİYASƏT
18:26 18.02.2021
598
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

R.T.Ərdoğan Dağlıq Qarabağda yenidənqurma işlərinin davam etdiyini, nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gələ biləcəyini bildirib.

Məlumata görə, tərəflər Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.
 
///Report
OXŞAR XƏBƏRLƏR