Ərdoğan: "Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik"

Ərdoğan: "Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik"
DÜNYA
19:45 27.01.2024
143

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qafqazda baş verən hər hadisəni diqqətlə izlədiklərini bildirib.

Bu barədə Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara başqa dövlətlərin yox, öz millətinin iradəsi ilə addımlar atır./report

OXŞAR XƏBƏRLƏR