Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Səudiyyə Ərəbistanında keçirilən 8-ci növbədənkənar Zirvə Toplantısında çıxış edib.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə, Qəzzada atəşkəs elan edilməli və humanitar yardımların çatdırılması təmin olunmalıdır.
"Qüds bizim qırmızı xəttimizdir", - deyən R.T.Ərdoğan Fələstin üçün fond yaradılmasını da təklif edib.
Qeyd edək ki, zirvə toplantısında çıxış edən R.T.Ərdoğan Qərbin ikili standartlarını da tənqid edib.
"Qərb və ABŞ guya müdafiə etdikləri dəyərləri indi görməzdən gəlirlər", - deyə Türkiyə prezidenti vurğulayıb.