Ərzurumda gənclərlə görüşən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Ronaldonun Dünya Çempionatındakı oyunundan danışıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan "Əvvəlki çıxışınızda Messi və ya Ronaldo sualına Ronaldo dediniz, Qətərdə Argentina matçına baxdıqdan sonra fikrinizi dəyişdinizmi?" sualını cavablandırıb.
Prezident qeyd edib ki, Ronaldoya siyasi sanksiyalar tətbiq edildi:
"Ronaldo Fələstin davasının müsəlmanların qayğısına qalan bir şəxsdir. Təəssüf ki, Ronaldoya siyasi sanksiyalar tətbiq etdilər. Ronaldo ilə Messini müqayisə etmək bizə yaraşmaz, amma Ronaldonu "xərclədilər".
"Ronaldo kimi futbolçunu ikinci hissəyə çıxarmaq, ikinci hissədə 15 dəqiqə, yarım saat oynamaq onun həm psixologiyasını, həm də bütün enerjisini əlindən aldı".
Aydın