Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir

Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir
DÜNYA
21:13 22.08.2022
341
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışır: "Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək bu böhranı kökündən həll etməkdir”.
OXŞAR XƏBƏRLƏR