“Ərdoğan Rusiyadan üzr istəyib”- Putin

“Ərdoğan Rusiyadan üzr istəyib”- Putin
SİYASƏT
16:07 30.06.2016
1359
“Türkiyə vurulmuş bombardmançı təyyarəyə görə Rusiyadan üzr istəyib, yaxın zamanda rəsmi Moskva ölkələr arasında ikitərəfli əməkdaşlığı bərpa etmək üçün tədbirlər görəcək”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin ölkənin səfirləri və daimi nümayəndələri ilə keçirilən müşavirədə bildirib.
“Bildiyiniz kimi, dünən bu ölkənin prezidenti ilə danışıq baş tutub. Rəsmi Ankaranın Rusiya bombardmançısının vurulmasına görə üzr istədiyi də məlumdur. Bunu nəzərə alaraq, yaxın zamanlarda ikitərəfli əməkdaşlığın bərpası üzrə tədbirlər həyata keçirməyi nəzərdə tuturuq”, - deyə Putin qeyd edib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR