Ərdoğan Rusiyaya səfər edəcək

Ərdoğan Rusiyaya səfər edəcək
SİYASƏT
14:18 20.09.2021
1127
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür.

Səfər zamanı R.T.Ərdoğan və V.Putin arasında görüş olacaq. 

"Prezidentlər ikitərəfli əlaqələrin hazırkı durumunu, beynəlxalq gündəmin aktual məsələlərini, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər", - D.Peskov vurğulayıb. 
OXŞAR XƏBƏRLƏR