Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir.
AZXEBER.COM Türkiyə mətbuata istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.
Prezident İlham Əliyev, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif açlış mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, 1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq əraziyə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündür hava limanıdır.
Təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Hava limanının uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı və saatda 200 sərnişinə xidmət göstərə bilən terminal binası var.
Günel Hüseynli