Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək. O, Dohada başlanacaq Türkiyə-Qətər Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Səfər Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.
Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli idarələrin rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək. Tərəflər ikitərəfli əlaqələri, həmçinin əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımları müzakirə edəcəklər.
Liderlər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Komitənin iclasının əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Görüşün yekunları üzrə bir sıra sazişlər və memorandumlar imzalanacaq.