Ərdoğan Sarkoziyə son sözünü dedi

DÜNYA
12:13 07.05.2012
1863

"Sarkozi bundan sonra tətilə çıxar, başqa edəcəyi bir şey yoxdur"

AZXEBER.COM-un “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, Qaziantepdən Sloveniyanın paytaxtı Lüblyanaya gedən baş nazir Rəcəb Tayyib Ərdoğan hava limanında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Fransadakı seçkilərə münasibət bildirib və bu nəticələrin gözlənilən olduğunu deyib: "Çox mühüm olan şey son ictimai rəy sorğularının nəticələrinin eynilə təsdiqlənməsidir. Bu, çox ciddi uğurdur. Araşdırma tamamilə doğru çıxdı".

Baş nazir Sarkozinin bundan sonra edəcəyi bir şeyin olmadığını söyləyib: "Hər halda tətilə çıxacaq. Çünki özünün verdiyi söz də buydu ki, siyasətə davam etməyəcək".

Ərdoğan Fransadakı yeni dövrün Türkiyə-Fransa əlaqələri baxımından fərqli olmasını, həmrəyliyə yönəlməsini istədiyini deyib: "Yoxsa seçki meydanlarında populist mesajlar bu iqtidarın addımlarında əksini tapacaqsa, bu, Türkiyə-Fransa əlaqələrinə də mənfi təsir edə bilər. Ümid edirəm ki, o mesajlar meydanlarda qalar".

OXŞAR XƏBƏRLƏR