Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Litvada iyulun 11-12-də keçiriləcək sammitindən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər etmək niyyətindədir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Türkiyənin Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək bildirib.
"Biz texniki baxımdan əməkdaşlıq sənədlərinin hazırlanması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etmişik və işi yaxın iki həftə ərzində yekunlaşdıracağıq. Yəqin ki, bundan sonra prezidentimiz BƏƏ-yə səfər edəcək. Ola bilər ki, çərçivə sazişi səfər zamanı imzalansın. Hələlik təfərrüata keçmədən deyim ki, bu kifayət qədər əhatəli sənəddir”, - Şimşək bəyan edib.
Gülay