Ərdoğan: “Seçkilərdə namizəd olacağam”

Ərdoğan: “Seçkilərdə namizəd olacağam”
SİYASƏT
18:20 09.06.2022
570
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Bunu dövlət başçısı İzmirdə çıxış edərkən söyləyib.

Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğlunu tənqid edən dövlət başçısı bildirib:

"Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”.
OXŞAR XƏBƏRLƏR