Ərdoğan: "Səmərqənddə qəbul etdiyimiz sənəd bizim üçün vacib yol xəritəsidir"

Ərdoğan: "Səmərqənddə qəbul etdiyimiz sənəd bizim üçün vacib yol xəritəsidir"
DÜNYA
15:31 11.11.2022
197
"Bu gün Səmərqənddə qəbul etdiyimiz Strateji sənəd bizim üçün vacib yol xəritəsidir”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkə liderlərinin noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən 9-cu Zirvə görüşündə siyasət, təhlükəsizlik, ticarət, nəqliyyat, enerji, səhiyyə və bir çox başqa sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində TDT-nin IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
OXŞAR XƏBƏRLƏR