Ərdoğan səsi batdığına görə mitinqləri təxirə saldı

DÜNYA
14:36 28.03.2014
1219
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səs tellərində yaranmış ciddi problemlə əlaqədar bu günə təyin olunan seçkiqabağı təbliğat mitinqlərində iştirak etməyəcək.
APA-nın xəbərinə görə, R. T. Ərdoğan AKP-nin mövqelərinin çox güclü olduğu Konya və Kayseridə keçiriləcək mitinqlərə qatılmayacaq. Onun İstanbuldakı evində istirahət etdiyi bildirilir.
Qeyd edək ki, R. T. Ərdoğanın martın 27-də Van və Diyarbəkirdə keçirilən mitinqlərdə qısıq səslə çıxışı Türkiyədə hər kəsi təəccübləndirib və müxalifətçilər bunu lağlağı mövzusuna çeviriblər. Türkiyədə martın 30-u bələdiyyə seçkiləri günüdür.
OXŞAR XƏBƏRLƏR