Ərdoğan Şimali Kiprə səfər etdi

Ərdoğan Şimali Kiprə səfər etdi
DÜNYA
15:22 12.06.2023
192
Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk xaricə səfəri çərçivəsində Şimali Kipr Türk Respublikasına gedib.

AZXEBER.COM xəbər verir ki, ilk səfəri çərçivəsində Şimali Kiprin paytaxtı Lefkoşadakı Ercan hava limanına enən prezident Ərdoğanı Şimali Kipr prezidenti Ersin Tatar qarşılayıb.
 
Ərdoğan əvvəlcə görüşdə iştirak edən Şimali Kipr nümayəndə heyəti ilə, sonra onu qarşılayan qarovulla salamlaşıb.

Ərdoğan hava limanından ayrıldıqdan sonra əvvəlcə Atatürk abidəsinin önünə əklil qoyacaq və abidənin xüsusi kitabını imzalayacaq.
 
Daha sonra Ərdoğan Şimali Kipr prezidenti Ersin Tatar tərəfindən rəsmi mərasimlə qarşılanacaq. 2 ildən sonra Şimali Kiprə gələn prezident Ərdoğan ilə Tatar arasında baş tutacaq ikitərəfli görüşdə hər sahədə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılmaqla yanaşı, adada baş verən hadisələrin də ətraflı müzakirə ediləcəyi gözlənilir. Ərdoğan və Tatar görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
 
Prezident Ərdoğanın Şimai Kiprə səfəri zamanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və AK Partiya sözçüsü Ömər Çelik onu müşayiət edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR