Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son bir neçə həftədə gördükləri işləri, islahatları açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə o, şəxsi "Twitter" hesabında paylaşım edib.
O, paylaşımda bunları yazıb:
"Son bir neçə həftədə ölkəmizə, millətimizin qüruruna yazılacaq çoxlu işlər, islahatlar etdik. Bundan sonra da davam edəcəyik. Dayanma, davam et deyərək xalqımız üçün çalışırıq. Bağcılarda 3 milyard 412 milyon lirə dəyərində 97 layihəni istifadəyə verdik. Milli Döyüş Təyyarəsini və Hürjeti ön plana çıxardıq. Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Kayaşehir Metro Xəttini açdıq. Hündürlük testlərini həyata keçirdik. Təqaüd yaşını gözləyirik. 2 milyon 250 min adamın tələbini qarşıladıq. Bor Karbid İstehsalat Müəssisəsini istifadəyə verdik. Minimum pensiyanı 7 min 500, bayram bonusunu 2 min lirəyə yüksəltdik. "Togg"u istifadəyə verdik", - deyə prezident bunları ifadə edib.
Həmin paylaşımı təqdim edirik:
Mikayıl
Sadece son birkaç haftada milletimizin gurur hanesine yazılacak pek çok eseri, reformu, yatırımı ülkemize kazandırdık.
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 9, 2023
"Durmak yok, yola devam” diyerek insanımız için çalışmaya devam edeceğiz. pic.twitter.com/urXnVJumaO