Ərdoğan Stoltenberqi təbrik etdi

Ərdoğan Stoltenberqi təbrik etdi
DÜNYA
16:55 05.07.2023
224
Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi təbrik edib.

AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mandatı bir il uzadılan NATO-nun baş katibi Yens Stoltenberqi təbrik edib.

Stoltenberqə uğurlarının davamını arzulayan Ərdoğan sözlərini belə davam edib:

"Çətin çağırışlarla üzləşdiyimiz və təhlükəsizliyə ehtiyacın ən yüksək səviyyədə olduğu bir zamanda mən inanıram ki, cənab Stoltenberqin işi bizim ittifaqımıza və qlobal sülhə mühüm töhfə verəcək”.

Qeyd edək ki, Yens Stoltenberq bu vəzifədə 2014-cü il oktyabrın 1-dən işləyir. Norveçin keçmiş baş naziri Stoltenberqin səlahiyyət müddəti bundan əvvəl üç dəfə uzadılıb.

Bildirilib ki, bu qərar iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində dövlət və hökumət başçıları tərəfindən təsdiqlənəcək.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR