Ölkə parlamentində hakim partiyanın üzvləri qarşısında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə son söhbətini şərh edib. Ərdoğan tezliklə Qəzzaya yollanacağına və orada əziyyət çəkən qardaş və bacılarını bağrına basacağına inandığını bildirib.Türkiyə baş nazirinin Qəzza bölgəsinə səfərinin artıq aprel ayında baş tuta biləcəyi söylənilir.Ərdoğan İsrailə irəli sürdüyü tələblərin yetirilməyəcəyi təqdirdə Türkiyənin heç bir qarşılıqlı addım atmayacağını bildirib. O qeyd edib ki, səfəri zamanı embarqo ilə bağlı işlərin nə yerdə olduğunu şəxsən öyrənmək istəyir.