Ərdoğan tərəfdarlarını mitinqə çağırdı

DÜNYA
11:13 10.06.2013
1373

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfdarlarını 15 və 16 iyunda Ankarada və İstanbulda hökuməti dəstək mitinqinə çıxmağa çağırıb.

AZXEBER.COM-un RBK-ya istinadən verdiyi xəbərə görə, Ankarada tərəfdarları qarşısında çıxış edən Baş nazir şənbə günü Ankarada, bazar günü isə İstanbulda insanları hökuməti dəstək mitinqinə çağırıb.Qeyd edək ki, antihökumət aksiyalarının təşkilatçıları daha əvvəl Taksim meydanına 1 milyon adam çıxaracaqlarını bəyan edirdilər. İstanbul valisi Hüseyn Avni Mutlu Twitter-də etiraz edənlərə qoşulmaq niyyətinin olduğunu və “gənclərlə söhbət etmək” istədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR