Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonlarında ABŞ lideri Donald Trampla Ağ Evdə görüşməyi planlaşdırır.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg” agentliyinə Türkiyədəki mənbə bildirib.
Xəbərdə deyilir ki, Ukrayna və Suriya məsələlərində vasitəçilik etməyə çalışan Ərdoğan üçün Ankara ilə Vaşinqton arasında daha güclü strateji tərəfdaşlığı təmin etmək regional sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir.
Ötən həftə sonu Trampla telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidentini ilk səlahiyyət müddətində Türkiyənin müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb. O, həmçinin Türkiyənin "F-35" döyüş təyyarələrinin hazırlanmasından kənarlaşdırılmasına son qoyulmasını və yeni "F-16" qırıcılarının satışının başa çatdırılmasını istəyib.
Apreldə Ərdoğan-Tramp görüşü baş tutarsa, masada Azərbaycan məsələsi də ola bilərmi?
Prezident İlham Əliyev "Avronyus”a müsahibəsində Tramp iqtidarından gözləntilərini bir daha açıqlayıb.
Bu baxımdan, Bakı-Vaşinqton əlaqələrinin yeni mərhələyə keçidində qardaş dövlətin lideri ilə Ağ Ev rəhbərinin görüşü də müsbət rol oynaya bilərmi?