Türkiyə insanlıq adına xaos, savaş, zülm, eləcə də mülki vətəndaşların ölümünü görmək istəmir və onların olduğu ərazilərin hədəf alınmaması fikrini müdafiə edir.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu”nda çıxışı zamanı deyib.
Prezident bildirib ki, Türkiyə həm Rusiya - Ukrayna, həm Hindistan - Pakistan münaqişəsində, həm də Suriyadakı süquta uğradılan rejim və hazırda İrana qarşı İsrailin hücumları sırasında hər zaman bu fikri ifadə edib.
R.T.Ərdoğan humanitar faciələrə səssiz qalanların da birbaşa məsuliyyət daşıdığını vurğulayıb:
"Türkiyə olaraq heç vaxt mövqeyimizi dəyişmədik və məzlumların yanında olmaqdan çəkinmədik. Bu gün də sülh, diplomatiya və ədalət fikrini müdafiə edirik".
////report