Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AİB) Bitlis əyalətində keçirdiyi seçkiqabağı mitinqdə təkcə aparıcı müxalifət partiyalarının deyil, həmçinin “Nurçular” dini hərəkatının rəhbəri Fətullah Gülənin ünvanına tənqidlə çıxış edib.
“Cümhuriyyət Xalq Partiyası və (CRP) və Milliyətçi Hərəkat Partiyası əvvəllər müxalifətdə tandem təşkil edirdilər. Bu gün isə bu artıq Fətullah Gülənin iştirakı ilə üçlük olub”, - deyə Ərdoğan bildirib.Baş nazir rəqiblərini fəal şəkildə şantajla məşğul olmaqda və saxta video kasetlərdən istifadə etməkdə ittiham edib.“Biz 1998-ci ildən ƏİP rəqiblərinin yalanlarının üstünü açmağa və onları məsuliyyətə cəlb etməyə çalışırıq”, - deyə baş nazir qeyd edib.Bununla yanaşı, o, CHP lideri Kamal Kılıcdaroğlunu ABŞ-da quraşdırılmış video kasetlərə əsaslanan bəyanatlardan istifadəyə son qoymağa çağırıb.“Kılıcdaroğluya siyasi partiyaya rəhbərlik etmək yaraşmır. Ona daha çox Taxtaqala və İstanbulda ucuz video kasetlər satmaq yaraşar”, - deyə Ərdoğan söyləyib.O qeyd edib ki, təkcə son üç ildə Türkiyədə üç min insanın telefon danışığı qanunsuz olaraq dinlənilib və nəticədə həmin insanlar şantaj olunublar.Eyni zamanda, baş nazir “Nurçular” hərəkatı tərəfdarlarının küçələrə düşərək pul topladıqlarını bildirib.“Əgər bugünkü müxalifət özünə lider axtarırsa, o zaman Pensilvaniyaya müraciət etsin (“Nurçular”ın lideri Fətullah Gülənin oturduğu yer - red.). Onun vətəni Amerika deyil, Türkiyədir”, - deyə Ərdoğan söyləyib.Baş nazir həmçinin vətəndaşları öz övladlarını “Nurçular” cərəyanının nəzarətində olan məktəblərə buraxmamağa çağırıb.“Dövlətin təhsil müəssisələri ölkəmizin tələbatlarını ödəmək iqtidarındadır. Dövlət pulsuz tədris kursları açmağa hazırdır”, - deyə Ərdoğan bildirib.