Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”

Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”
DÜNYA
22:39 18.08.2021
991
"Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə "Taliban”la əməkdaşlığa açıqdır:

"Daha əvvəl də "Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də Taliban liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədə yaşayan türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə ghrbçiləri heç zaman döyüşdə istifadə edilməyib:

"Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərlyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”.
OXŞAR XƏBƏRLƏR