Ərdoğan: “Türkiyə uğurlu texnoloji təşəbbüslərin bəhrəsini görür”

Ərdoğan: “Türkiyə uğurlu texnoloji təşəbbüslərin bəhrəsini görür”
DÜNYA
13:57 15.04.2023
210
"Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan ilk Yerin zondlama peykinin - İMECE-nin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyib.

O, "kosmik iqtisadiyyat”ın miqyasına diqqət çəkib:

"2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü də bu rəqəm günü-gündən artır. Biz həm də Türkiyənin Milli Kosmos proqramının icrası fonunda qarşıya qoyulan vəzifələrin üst həddini daim qaldırırıq”.

Ərdoğan 3 il əvvəl Türkiyə Kosmik Agentliyinin yaradıldığını və onun planlarına Aya kosmik aparatın buraxılması, eləcə də ölkə vətəndaşının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinin daxil olduğunu xatırladıb.

Siyasətçi texnoloji sahədə irəliləyişin Türkiyəni dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcəyinə əminliyini ifadə edib.

Ərdoğan Türkiyə istehsalı olan yeni peykin xüsusiyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, yüksək təsvir ayırdetmə qabiliyyəti (1 metrə qədər), siqnal ötürmə sürəti və manevr qabiliyyəti İMECE-ni Türkiyənin ən müasir peyki edir.

"IMECE-nin yaradılması ilə bağlı bütün proses Türkiyədə həyata keçirilib - bu, alt sistemlərə, eləcə də quraşdırma və sınaqlara aiddir. Yeni zondlama peykinin imkanları genişdir: müdafiədən tutmuş fəlakətin qarşısının alınmasına, kənd təsərrüfatından meşə təsərrüfatına və şəhərsalmaya qədər”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan xatırladıb ki, Yer orbitinə buraxılan səkkiz Türkiyə telekommunikasiya peykindən üçü artıq öz missiyasını başa vurub: "Qalan beşi isə ölkənin xeyrinə işləməyə davam edir. İMECE peyki də ölkəmiz üçün daha bir qürur mənbəyidir, Türkiyənin 100 illik yubileyinə həsr olunmuş nailiyyətlərin xəbərçisidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
16:06 04.07.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
16:04 04.07.2025
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi