Ərdoğan: “Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək”

Ərdoğan: “Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək”
DÜNYA
14:13 23.11.2021
393
"Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq”.

Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

"Növbəti seçkilər 2023-cü il iyun ayında keçiriləcək”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. R.T.Ərdoğan əvvəllər də bir neçə dəfə ölkədə növbədənkənar seçkilərin olmayacağını bəyan edib.
OXŞAR XƏBƏRLƏR