AZXEBER.COM-un Türkiyə mətbuatına isinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Hatayda baş vermiş partlayışları şərh edərkən deyib. O qeyd edib ki, hazırda Hatay valisi və təhlükəsizlik qüvvələri hadisənin kimlər tərəfindən törədilməsini araşdırır.Ərdoğan deyib ki, indi çox həssas bir dövrdür. "Ölkəmiz sülh dövrünə daxil oldu. Bunu həzm edə bilməyənlər ola bilər. Çox diqqətli olmaq lazımdır. Hatay çox həssas bir bölgədi. Bu həssaslıqdan istifadə edib bu cür hadisələr törədənlər ola bilər. 20-25 min suriyalı qaçqın oradakı düşərgələrdə yaşayır. Bunları həzm etmək müəyyən zaman ala bilər. Amma ümidvaram ki, biz bu dövrü keçəcəyik", - deyə Ərdoğan əlavə edib.