İranın raket hücumları fonunda Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır. AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar proqramında çıxışı zamanı deyib. "Qabaqlayıcı tədbirlər görülür", - Ərdoğan bildirib və əlavə edib ki, hazırda əsas məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır. "İrana hücumlara görə yarana biləcək məzhəb və etnik ayrı-seçkiliyə də qarşıyıq", - Türkiyə Prezidenti bildirib.