Ərdoğan və Baxçalı zəlzələni belə hiss etdilər - VİDEO

Ərdoğan və Baxçalı zəlzələni belə hiss etdilər - VİDEO
DÜNYA
10:34 21.02.2023
379
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və daxili işlər naziri Süleyman Soylu Hatayda baş verən 6,4 bal gücündə zəlzələni AFAD koordinasiya mərkəzində hiss ediblər. 

AZXEBER.COM xəbər verir ki, fevralın 6-da mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin ən böyük dəhşətini yaşayan Hatay yenidən silkələnib. Saat 20.04-də Defne rayonunda 6.4 bal gücündə, 20.07-də ​​isə Samandağ rayonunda 5.8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 6 nəfərin həyatını itirdiyi, 213 nəfərin isə yaralandığı bildirilib.

Digər tərəfdən, zəlzələ zamanı prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş AFAD koordinasiya mərkəzində olublar. Görüş zamanı zəlzələni hiss edən Ərdoğanın, Baxçalının və Soylunun həmin anları izləyicilər tərəfindən lentə alınıb.
 
Həmin görüntüləri təqdim edirik:
 
Mikayıl
 


OXŞAR XƏBƏRLƏR