Rusiya Prezidenti Vladimir Putin ikitərəfli danışıqlar aparmaq üçün Soçiyə gələn Prezident Ərdoğanı Boçarov Ruçey sarayının qapısında qarşılayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Putinin "Növbəti dəfə bizə istirahətə gəlin. Bura çox yaşıl ərazidir" sözlərinə "Buralar bizim Qara dənizimizə oxşayır" cavabını verib.
Ərdoğanın cavabından sonra hər iki lider arasında səmimi görüntü yaranıb.
İki lider arasındakı dialoqdan sonra onlar saraya daxil olublar.
Mikayıl