Ərdoğan və Putinin sabahkı görüşdə nələri müzakirə edəcəkləri açıqlandı

Ərdoğan və Putinin sabahkı görüşdə nələri müzakirə edəcəkləri açıqlandı
SİYASƏT
18:16 18.07.2022
374
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin sabahkı görüşünün gündəliyi açıqlanıb.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, liderlər Ukrayna taxılının ixracı məsələsi barədə danışacaqlar.

Həmçinin vurğulanıb ki, Putin iranlı həmkarı İbrahim Rəisi ilə nüvə sazişi ətrafında fikir mübadiləsi aparacaq.

Qeyd eədk ki, sabah İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli və ikitərəfli görüşləri keçiriləcək.

Görüşdən sonra birgə bəyanatın qəbul olunması gözlənilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR