Ərdoğan: "Xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır"

Ərdoğan: "Xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır"
DÜNYA
15:57 24.04.2023
280
"Ölkəmizin təsir gücünün artmasından narahat olanlar gün sayırlar. Amma xalqımız onları sevindirməz”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

Onun sözlərinə görə, müxalifətin yeganə dərdi Türkiyənin indiyə qədər əldə etdiklərini məhv etməkdir: "Onlar Türkiyəni yarım əsr geri aparmaq istəyirlər. Onları millətin rifahı düşündürmür. Ona görə indiyədək heç bir sahədə, o cümlədən səhiyyədə, təhsildə, kənd təsərrüfatında heç bir iş görməyiblər”.

Ərdoğan, həmçinin müxalifətlə hazırkı iqtidarın fərqini də izah edib: "Biz inşa edirik, onlar isə dağıdırlar".

Prezident qeyd edib ki, xalq və hakimiyyət seçkilərədək gecə-gündüz çalışmalıdır.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

"Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

"Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
17:10 21.09.2026
Ermənistanda revanşistlər yenə müharibə istəyir? - “”Onlar “Dəmir Yumruq” üçün darıxıblar”
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
16:49 21.09.2026
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
ABŞ-dən İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
16:34 21.09.2026
ABŞ-dən İrana qarşı sərt qərar: Aviaşirkətləri bloklanacaq
3-cü kurs tələbəsi vəfat etdi
16:22 21.09.2026
3-cü kurs tələbəsi vəfat etdi
Bakıda iki bağça fəaliyyətə başladı
16:18 21.09.2026
Bakıda iki bağça fəaliyyətə başladı
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
16:10 21.09.2026
Bu ərazilərdə yaşayanlara şad xəbər: Yeni dəstək
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
16:07 21.09.2026
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
16:06 21.09.2026
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
15:55 21.09.2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib - FOTOLAR
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
15:41 21.09.2026
Təmizlik biznes prosesi kimi: Azərbaycanın avtoyuma və klininq şirkətləri üçün nə vacibdir
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
15:32 21.09.2026
Deputat da Milli Məclisin iclasına gecikdi - Tıxacların qarşısını niyə ala bilmirik?
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
15:27 21.09.2026
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
14:48 21.09.2026
"Bu mübarizədə qələbə qazanmaq üçün həqiqətlər yayılmalıdır ki, hər kəs bilsin"
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
14:44 21.09.2026
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
14:43 21.09.2026
Səhiyyə Nazirliyindən Səyyad Arana - CAVAB
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”
14:38 21.09.2026
“Dərsliklərlə bağlı Elm və Təhsil Nazirliyinə məktub yazmışam”