Xocalı soyqırımını törədən şəxslər hələ də qanun qarşısında cavab verməyiblər, Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlama verib.“Türkiyə Xocalı hadisələri ilə bağlı Azərbaycanın dərdinə şərikdir və Azərbaycan xalqına onunla həmrəy olduğunu göstərir. Azərbaycanlılar bizim qardaşlarımızdır və biz heç zaman ən yeni tarixin qanlı hadisələrini unutmayacağıq və unudulmasına imkan verməyəcəyik”, - deyə Türkiyənin hökumət başçısı bildirib.