Ərdoğan yanlışlıqla öldürülən 35 nəfərin ailələrinə zəng etdi

Ərdoğan yanlışlıqla öldürülən 35 nəfərin ailələrinə zəng etdi
Bütün Xəbərlər
12:04 01.01.2012
1649

Nazirlər 35 nəfərin öldüyü bölgəyə gediblər

AZXEBER.COM-un “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, İraq-Türkiyə sərhədindəki bombardmanda yanlışlıqla öldürülən 35 nəfərin dəfnindən sonra nazirlər bölgəyə gedib.

Baş nazirin müavini Bəşir Atalay, inkişaf naziri Cevdət Yılmaz, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker Gözəlyazı kəndində kədərli ailələrə başsağlığı veriblər.

Nazirlər təyyarə ilə Diyarbəkirə, oradansa vertolyotlarla Şırnak vilayətinə gediblər. Onlar yaxınlarını itirən bəzi ailələri ziyarət ediblər.

Baş nazirin müavini Bəşir Atalay məsələ ilə bağlı istintaqın başladığını, lazımi addımların atılacağını bildirib.

Baş bazir Rəcəb Tayyib Ərdoğan isə ölənlərin ailələrinə zəng edib. Ərdoğan Alihan Özhan adlı vətəndaşa "Dərdinizi bölüşürü, sizin dərdiniz bizim dərdimizdir. Kimsə narahat olmasın, bütün lazımi addımlar atılacaq" deyib. Özilhan isə "Hörmətli baş nazir, bunlar sizin uşaqlarınızdır, ailələrini sizəəmanət edirik" söyləyib.

OXŞAR XƏBƏRLƏR