Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.
Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında dövlət başçısı maraqlı açıqlamalar verib.
Ərdoğan hazırda Belarus-Polşa sərhədində yaşanan miqrant böhranında Türkiyənin ittiham edilməsini nankorluq adlandırıb.
O, miqrantları geri qaytarmaqla ölümə məhkum edən ölkənin Yunanıstan olduğunu və bu ölkənin ABŞ-ın hərbi bazasına çevrildiyini bəyan edib.