Ərdoğan: “Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır”

Ərdoğan: “Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır”
SİYASƏT
15:28 01.04.2022
419
"Krım və Donbas məsələsində bir addımın atılması üçün bunu ən yüksək səviyyədə liderlərlə müzakirə edirik. Bu məsələ ilə bağlı danışıqlara ev sahibliyi edəcəyimizi də tərəflərə bildirdik”.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. O, bildirib ki, bu görüşə Zelenskinin müsbət yanaşması var, Putin də buna müsbət yanaşırdı.

"Volodimir Zelenskinin müsbət yanaşması var, Vladimir Putin də buna müsbət yanaşırdı. Ümid edirəm ki, bugünkü telefon danışığı ilə İstanbulda liderlər zirvəsini gerçəkləşdirmək məsələsində nəticə əldə edə biləcəyik”.
 

OXŞAR XƏBƏRLƏR