Ərdoğan Zelenski və Putinlə danışdı - Ukrayna şəhərləri su altında qalır...

Ərdoğan Zelenski və Putinlə danışdı - Ukrayna şəhərləri su altında qalır...
MANŞET
17:00 07.06.2023
453
Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, telefon danışığında Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Prezident Ərdoğan telefon söhbəti zamanı bildirib ki, Kaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər.

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını ifadə edən Ərdoğan taxıl dəhlizində olduğu kimi danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.
 
Qarşıdurmalar davam etdikcə hər gün baş verən insan itkilərinin qarşısının alınmasının mümkün olmayacağını vurğulayan prezident Ərdoğan ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini bildirib.

Rusiya və Ukrayna ekspertlərinin, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin də daxil olduğu beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini ifadə edən Ərdoğan Türkiyənin bu kontekstdə üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

Bütün dünyanın Taxıl Konsensusunun davam etdirilməsinə verdiyi önəmi vurğulayan Ərdoğan birgə səylərlə qurduqları razılaşmanın qlobal ərzaq böhranının həllində mühüm rol oynadığını vurğulayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR