Ərdoğan zəlzələ bölgəsinə gedəcək – bu tarixdə

Ərdoğan zəlzələ bölgəsinə gedəcək – bu tarixdə
DÜNYA
12:26 02.02.2024
165
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da "Əsrin fəlakəti” olaraq bilinən Kahramanmaraş mərkəzli zəlzələlərin 1-ci ildönümündə zəlzələdən zərərçəkmiş bölgələrə səfər edəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, işlər tam sürətlə davam edərkən tikintisi başa çatan evlər fəlakətdən zərərçəkənlərə çatdırılır.

Fəlakətin 1-ci ildönümündə prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ qurbanlarını tək qoymayacaq.

Fevralın 6-da zəlzələ bölgəsindəki vilayətləri ziyarət edəcək Ərdoğanın bölgədə gedən işləri araşdırması və tamamlanmış zəlzələ iqamətgahlarını təhvil verməsi gözlənilir.

Bu çərçivədə həftə sonu Hatay və Qaziantepə gedəcək Ərdoğan həftə içi Kahramanmaraş, Şanlıurfa, Adıyaman və Elazığ vilayətlərinə səfər edəcək.

Ayşən
OXŞAR XƏBƏRLƏR