Ərdoğan zəlzələlərlə bağlı çağırış etdi

DÜNYA
23:19 03.02.2025
262
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində getdikcə tez-tez olan zəlzələlər fonunda İstanbulda və ölkənin digər əyalətlərində baş verə biləcək fövqəladə hallara ciddi hazırlıq görməyə çağırıb.

AZXEBER.COM xəbər verir ki, o bu haqda Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Türkiyə liderinin sözlərinə görə, yerli rəhbərliklər məsələyə əhəmiyyət verməli və şəhərləri mümkün zəlzələlərə hazırlamalıdır.

Ərdoğan Türkiyə şəhərlərini, xüsusilə İstanbulu zəlzələyə davamlı etməkdən başqa çarə olmadığını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR