Türkiyədə müxalifət partiyalarının prezident seçkisində hakimiyyətə qarşı vahid namizədə dəstək verəcəyi iddia olunur. ANS PRESS-in xəbərinə görə, bu çərçivədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilk namizədini təklif edib. Məlumata görə, təklif olunan naziəd daha əvvəl müxtəlif siyasi partiyalarda millət vəkili və nazir olmuş Murad Başesgioğludur.Qeyd edək ki, Başesgioğlu ANAP (Ana Vətən Partiyası) və AKP hökumətlərində daxili işlər, gənclik və idman, əmək naziri olub. Həmçinin milliyyətçi cəbhədən olan Murad Başesgioğlu parlamentdə millət vəkili kimi MHP-ni də təmsil edib.Xatırladaq ki, 2007-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) o zamankı sədri Dəniz Baykal da Murad Başesgioğlunun prezidentliyə namizədliyini təklif etmiş və dəstək ola biləcəklərini demişdi.Ankara kulvarlarında dolaşan iddialara görə, MHP-nin təklif edəcəyi namizədlər arasında millət vəkili Meral Akşener, millət vəkili Tuğrul Türkeş və “Qazi” universitetinin sabiq rektoru professor Rza Ayxanın da adı çəkilir.