Ərdoğandan Fətullah Gülənin Azərbaycandakı məktəbləri ilə bağlı – AÇIQLAMA

DÜNYA
11:30 07.03.2014
2589

“Bu gün mən danışıqlarda iştirak edirdim”.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ATV kanalının canlı efirində söyləyib.

“Sabah” qəzetinin yazarlarının suallarını cavablandıran baş nazir, Azərbaycanda Fətullah Gülənə aid olan məktəblərin, universitetlərin dövlətin nəzarətinə keçməsi ilə bağlı sualı da cavablandırıb:

 "Bu gün mən danışıqlarda iştirak ediridim. Tədbirlər bitəndən sonra Gülənin Azəbaycandakı məktəblərinin əlindən alınması barədə mənə məlumat verdilər. Mən heç nə başa düşə bilmədim. Çünki tələsirdim".

Ərdoğan, Fətullah Gülənə tabe olan şəxslərin istənilən vasitəyə əl ata biləcəklərini bildiriblər. Baş nazir eyni zamanda ABŞ prezidenti Barak Obama ilə telefon danışı apardığını və Fətullah Gülənin Türkiyəyə təslim edilməsini Obamadan tələb etdiyini söyləyib

OXŞAR XƏBƏRLƏR