İsraillə HƏMAS arasında gərginlik hər keçən saat artır.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin girovlar üçün Həmasla danışıqlar prosesi apardığı bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün açıqlamalar verərkən girovlarla bağlı danışıqlar prosesinin aparılması üçün də göstəriş verib.
Ərdoğanın təlimatından sonra Həmas iki uşaq və bir israilli qadını azad etdiyini açıqlayıb. Həmin anların görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Bu günə qədər dəqiq sayı bilinməsə də, Həmas-ın əlində İsraildən qaçırılan ən azı 150 adamın olduğu təxmin edilir. Onların neçəsinin mülki, neçəsinin isə hərbçi olduğu barədə məlumat yoxdur.
Aysel