Ərdoğandan Narin açıqlaması: Ən ağır cəzanı alacaqlar

Ərdoğandan Narin açıqlaması: Ən ağır cəzanı alacaqlar
SOSİAL
22:50 08.09.2024
333
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan Narin adlı qızla bağlı açıqlama verib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ərdoğan özünün "X" hesabında paylaşım edib.

"Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur", - o yazıb.

Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:

"19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik".

Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:

"Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm".
OXŞAR XƏBƏRLƏR