Ərdoğandan seçki öncəsi mühüm mesaj: "İnşallah rekord səs toplayacayıq"

Ərdoğandan seçki öncəsi mühüm mesaj: "İnşallah rekord səs toplayacayıq"
DÜNYA
12:04 22.05.2023
203
Prezident Rəcəb Tayyib Ərdoğan seçki öncəsi sosial media hesabından növbəti paylaşım edib. 

AZXEBER.COM xəbər verir ki, Ərdoğan paylaşımında bu fikirləri səsləndirib:

"Mayın 28-də seçkiyə gedəcək bütün bacı-qardaşlarımdan bu sualları səmimi qəlbdən soruşmaq istərdim. Seçkidən əvvəl pulsuz evlər vəd edib, sonra zəlzələ qurbanlarımızı evindən qovmağa çalışanlara hörmət varmı? Bürokratik və ya siyasi həyatında ölkəyə heç bir yaxşılıq etməyən adamdan bu millət bir xeyir görəcəkmi? 17-25 dekabr çevriliş cəhdi zamanı FETÖ-çülərlə əlaqəsi olduğunu öz ağzı ilə etiraf edən birinə etibar etmək olarmı? Meydanlarda 6-8 oktyabr hadisələrinin təhrikçilərini həbsxanadan azad edəcəklərinə söz verənlərdən separatçı təşkilatla mübarizə gözlənilə bilərmi? Rəqiblərini ləğv etmək üçün hər vasitəni, o cümlədən şantaj, hədə-qorxu, təzyiq, kaset planlarını qanuni hesab edənlərin siyasi əxlaqına inanmaq olarmı? Təbii ki, dünən ağa dediyinə bu gün qara deyən, dünən dediyini inkar edən, "dönər” adlanan adama təbii ki, inanmaq olmaz, övladlarımızın gələcəyini etibar etmək olmaz. Millətimiz mayın 14-də 323 deputatla Məclisin çoxluğunu Xalq Alyansına verməklə əslində öz iradəsini bəyan etdi. Prezidentlikdə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi. İnşallah 28 Mayı sevimli millətimizin iradəsi və dəstəyi ilə rekord səslə başa vuracağıq", - deyə Ərdoğan paylaşımını paylaşıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR