Ərdoğandan tarixi çıxış: “Kaş, Əsəd də Özbəkistana gələydi, onunla görüşəydim”

Ərdoğandan tarixi çıxış: “Kaş, Əsəd də Özbəkistana gələydi, onunla görüşəydim”
SİYASƏT
11:53 16.09.2022
872
Ərdoğanın Şanxay beşliyi toplantısı üçün Özbəkistana getməzdən əvvəl AK Partiya MKYK toplantısında "Kaş, Əsəd Özbəkistana gəlsəydi, onunla görüşəydim" dediyi ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edilib ki, Xarici İşlər Naziri Mövlud Çavuşoğluna "Ərdoğan və Əsəd görüşəcəkmi?" sualları verilib. Çavuşoğlu bu suallara "Əsəd Şanxay beşliyinə gəlmir. Belə bir dəvət yoxdur", deyə cavab verib.

Çavuşoğlunun açıqlamasından sonra söz alan prezident Ərdoğan isə deyib ki, kaş Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim:

"Kaş Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim. Amma o, ora gələ bilməz. Onun üzündən Suriya dağılmaq üzrədir. O, öz iqtidarını qorumaq üçün müxalifətlə müharibəyə getdi. Amma böyük torpaqları qoruya bilmədi”.

Ərdoğan fikirlərinə bu cür davam edib: "Kaş Özbəkistana gəlsəydi, görüşərdim. Bunları üzünə deyərdim. Biz o vaxt dedik ki, belə etsən, Suriya dağılacaq. Bizim xəbərdarlıqlarımıza məhəl qoymadı”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR