Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk Əsri Konstitusiyası, Vətəndaş Konstitusiyası, güclü Türkiyə” tədbirində çıxış edib.
AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni konstitusiyaya ehtiyac olduğunu bildirib:
O açıqlamasında deyib:
"Yeni konstitusiya ilə bütün bu qazancları daha da irəli aparmağı hədəfləyirik. Ölkəmizin yeni konstitusiyaya niyə ehtiyacı olduğunu müxtəlif hallarda ictimaiyyətlə bölüşdük. Türkiyəni hazırkı çevriliş konstitusiyasına məhkum etmək siyasətə inamı sarsıdır. Bu məqamda bəzi faktları qəbul etməliyik. Çərçivəsini çevrilişçilərin cızdığı, dili problemli mövcud konstitusiyamızla davam edə bilmərik. Cümhuriyyətimizin 100 illiyinin çevriliş konstitusiya ilə keçirilməsi siyasi cəhətdən biabırçılıqdır”.
Gülay