Ərdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı

Ərdoğanın 2023-cü il prezident seçkilərində namizədliyi açıqlandı
DÜNYA
20:08 04.06.2022
581

Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib.

"Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, - deyə Çelik bildirib.

O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib
OXŞAR XƏBƏRLƏR