Ərdoğanın 7 müşaviri istefa verdi

Ərdoğanın 7 müşaviri istefa verdi
DÜNYA
13:01 29.04.2018
11004
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 34 müşavirindən 7-si istefa verib.

Onlar 24 iyunda keçiriləcək parlament seçkilərində Ədalət və İnkişaf Partiyasından (AKP) namizəd olmaq üçün istefa veriblər.

İstefa ərizəsi yazan müşavirlər bunlardır:

Alev Dedegil
Ayşe Türkmenoğlu
Gülay Samancı
Gülşen Orhan
Seyit Sertçelik
İhsan Şener
Özlem Zengin

Qeyd edək ki, baş müşavir vəzifəsindən azad olunanların 7-si də keçmiş millət vəkili olublar.

Məlumata görə, bəzi müşavirlər isə bunun üçün Ərdoğandan icazə ala bilməyiblər.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR