AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, prezident Ərdoğanın Suriyanın şimalında yaradılan təhlükəli bölgələrə hücum cəhdlərinə işarə edən yeni əməliyyat siqnalı ABŞ-da geniş əks-səda doğurub. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price əməliyyatdan narahat olduqlarını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: "Biz Suriyanın şimalında potensial hərbi fəallığın artması və xüsusən də bunun oradakı mülki əhaliyə təsiri ilə bağlı dərin narahatıq. Yeni əməliyyat regional sabitliyi daha da pozur".
Digər tərəfdən Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarını dayandırmasını gözlədiklərini söyləyən Price, "Gərginliyin artmasını pisləyirik. Mövcud atəşkəsin qorunmasını dəstəkləyirik", - deyə bildirib.
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, "Cənub sərhədlərimizdə 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işin əskik hissələri ilə bağlı da yeni addımlar atmağa başlayırıq" deyib.
Ayşən