AZXEBER.COM xəbər verir ki, Ərdoğan prezident seçiləcəyi təqdirdə edəcəyi işlərdən danışıb.
Jurnalist baş nazirə milli kimliyi ilə bağlı da sual verib. Ərdoğan cavabında deyib ki, o dini baxımdan sünni, millət baxımından isə türkdür.
"Mən Rizəliyəm, lakin İstanbulda doğulmuşam və burada böyümüşəm. Bu günə qədər məni çox millət adlandırıblar. Mənə gürcü dedilər. Hətta üzr istəyirəm, daha çirkinini söylədilər, erməni dedilər. Mən tamamən türkəm. Olay bu qədər sadədir”.
Qeyd edək ki, Ərdoğanın bu cavabı Türkiyədə yaşayan erməniləri qəzəbləndirib.