Türkiyə polisi İstanbulun “Taksim” meydanına toplaşan yüzlərlə nümayişçini dağıdıb.
AZXEBER.COM “Vesti.ru”ya istinadən xəbər verir ki, etirazçılar baş nazir Rəcəb Tayyib Ərdoğanın istefasını tələb ediblər.Qanun keşikçiləri nümayişin dağıdılması üçün su şırnaqları və rezin güllələrdən istifadə ediblər.Etiraz aksiyası Türkiyə hakimiyyətinin yuxarı dairələrində artan qalmaqal fonunda baş verib. İrimiqyaslı antikorrupsiya araşdırması çərçivəsində 50-dən artıq şübhəli saxlanılıb. Onların arasında keçmiş hökumətin üç nazirinin oğlu da var. Baş Prokurorluq nazirlərin özlərinə qarşı da cinayət işi qaldırmaq niyyətindədir.